İsrail 10 gün ərzində Qəzzada döyüşlərə başlaya bilər KİV

04.03.2025

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fələstinin radikal HƏMAS hərəkatı bütün girovların azad edilməsi ilə atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə razı olmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatları 10 gün ərzində bərpa edə bilər.

Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Nəşrin danışıqlar prosesinə yaxın mənbələri müzakirələrin dalana dirəndiyini bildirib. Onların sözlərinə görə, hazırda bu istiqamətdə heç nə yoxdur.

Qəzetin qeyd etdiyi kimi, İsrail rəsmiləri hesablayıblar ki, İsraillə HƏMAS arasında razılıq əldə olunmasa, İsrail dövlətinin ordusu təqribən 10 gündən sonra anklavda döyüşləri bərpa edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью