İsrail 15 fələstinli məhbusun cəsədlərini təhvil verib

26.11.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail fələstinli məhbusların cəsədlərini təhvil verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 15 fələstinli məhbusun cəsədinin verilməsi Beynəlxalq Qırmızı Xaç (BQXK) vasitəsilə baş tutub.

Qeyd edək ki, Qəzza rəsmiləri oktyabrın 10-da qüvvəyə minən atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində alınan cəsədlərdə işgəncə izlərinin aşkar edildiyi və bu günə qədər 345 fələstinli məhbusun cəsədini geri qaytardığını, onlardan 99-nun şəxsiyyəti müəyyən edilərək ailələrinə təhvil verildiyini açıqlayıb.

İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью