İsrail 15 fələstinlinin cəsədini Qəzza zolağına qaytarıb

18.10.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ölmüş 15 fələstinlinin cəsədini Qəzza zolağına qaytarıb.

Bizimyol.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi atəşkəs razılaşması çərçivəsində ümumilikdə 135 cəsədin Fələstin anklavına qaytarıldığını açıqlayıb.

“Səhiyyə Nazirliyi bu gün Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə işğalçı İsrail hakimiyyəti tərəfindən təhvil verilən 15 cəsədin qəbul edildiyini bildirir. Bununla da qəbul edilən cəsədlərin ümumi sayı 135-ə çatıb. Təhvil verilən cəsədlərin bəzilərinin üzərində zorakılıq əlamətlərinin olduğu müəyyən edilib”, - deyə HƏMAS-ın nəzarətində olan nazirliyin bəyanatında qeyd edilib.

Qəzzada atəşkəs razılaşması İsrailin ölən girovlardan birinin qaytarılması müqabilində Fələstin anklavının 15 sakininin cəsədini təhvil verməsini nəzərdə tutur.

Oktyabrın 13-dən HƏMAS 10 israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью