Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İsrail hökumətinin Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün Sülh Komitəsi tərəfindən hazırlanmış 15 maddəlik planı rədd etdiyi və bu barədə ABŞ administrasiyasına rəsmi məlumat verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin 14-cü Kanal televiziyasının məlumatına görə, İsrail Təhlükəsizlik Kabineti axşam saatlarında keçirdiyi iclasda Qəzzada atəşkəs prosesinin davam etdirilməsi ilə bağlı yeni yol xəritəsini müzakirə edib.
Məlumata görə, Təhlükəsizlik Kabineti 15 maddədən ibarət planı hazırkı formada qəbuledilməz hesab edib və sənədin rədd edildiyini ABŞ administrasiyasına rəsmi şəkildə çatdırıb.
14-cü Kanala danışan İsrailin yüksək vəzifəli siyasi rəsmisi bildirib ki, İsrail Vaşinqtona Misir və HƏMAS tərəfindən hazırlanan 15 maddəlik sənədi qəbul etmədiyini və plana dair öz qeyd-şərtlərini təqdim etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az