İsrail 183 fələstinli məhbusu azad etdi

01.02.2025

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Daha əvvəl Fələstin yaraqlıları üç israilli girovu azad ediblər.

İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Hərəkat fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovları azad etməyi öhdəsinə götürüb. Üçüncü mərhələdə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью