İsrail 20 fələstinlini azad etdi

09.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Qəzza zolağında saxlanılan 20 fələstinlini azad edib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar zamanı Qəzza zolağında saxlanılan 20 fələstinlini azad edib.

Azad edilən fələstinlilər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtobusda aparılıb.

Daha sonra Qəzza Avropa Xəstəxanasına aparılan fələstinlilər xəstəxanada müayinə olunub.

Bununla yanaşı, İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı biri qadın olmaqla 18 fələstinlini nəzarətə götürüb.

Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu yana həbsdə olan fələstinlilərin sayı 11 min 600-ü keçib.

Ləman İsmayıl
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью