İsrail 2010 cu ildən İrana qarşı əməliyyata hazırlaşmağa başlayıb

28.06.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail 2010-cu ildən İrana qarşı əməliyyat hazırlıqlarına başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti İsrail kəşfiyyat xidmətlərinin sənədlərinə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, bir neçə il ərzində İsrail kəşfiyyatçıları İrandakı agentləri vasitəsilə İranın nüvə proqramının inkişafını izləyiblər.

Məsələn, onlar Tehran və İsfahandakı üç sahədə uranın zənginləşdirilməsi üçün sentrifuqların istehsalının dəqiq yerini müəyyənləşdirib, həmçinin Natanz obyekti, o cümlədən yeraltı binalar, enerji təchizatı infrastrukturu, transformator stansiyası, havalandırma və soyutma kanalları haqqında ətraflı məlumat alıblar.

İsrail kəşfiyyatının məlumatına görə, 2024-cü ilin sonuna qədər İran "tədqiqat mərhələsindən" nüvə silahının yaradılmasına keçib.

“The Times” həmçinin qeyd edib ki, İran uzun mənzilli “yer-yer” raketlərinin istehsalını ildə 1000 ədədə çatdırmaq niyyətind olub. Bu tip silahların ümumi ehtiyatlarının 8 min ədədə çatdırılacağı güman edilirdi. Qəzetin ekspertlərinin fikrincə, münaqişənin əvvəlində İranın 2,5 minə qədər ballistik raketi olub. Qəzet İrandakı İsrail agentlərinin daha sonra İsrail tərəfindən hücuma məruz qalan İranın raket proqramı ilə bağlı bütün obyektlərə baş çəkdiyini vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью