İsrail 266 dəfə atəşkəsi pozub

18.02.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İsrail yanvarın 19-da Qəzza zolağında atəşkəs razılaşmasının qüvvəyə mindiyi vaxtdan bəri 266 dəfə atəşkəsi pozub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, bu zaman ən azı 132 fələstinli öldürülüb, 900-dən çox insan yaralanıb.

Pozuntulardan 110-u Qəzzanın mərkəzində, 54-ü Rəfahda, 49-u Qəzza şəhərində, 19-u Xan Yunisdə və 13-ü Qəzza zolağının şimalında baş verib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью