İsrail 3 nəfərin qarşılığında 183 nəfəri azad etdi

01.02.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində 183 fələstinli məhbusu azad edib.

"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat dərc edib. 

Azad edilən fələstinlilərin bir hissəsinin İordan çayının qərb sahilinə, bir hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilir.

Xatırladaq ki, bundan əvvəl HƏMAS üç israilli girovu azad edib. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью