İsrail 5 məhbusu Livana təhvil verir

04.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail rəsmi Vaşinqtonun vasitəçiliyi ilə Təl-Əviv və Beyrut arasında davam edən danışıqlar çərçivəsində 5 məhbusu Livana qaytarmağa qərar verıb. Bu barədə məlumatı “The Times of Israel” yayıb. Bu addım İsrail və “Hizbullah” arasında münaqişəyə son verməyə yönəlmiş danışıqlar fonunda Təl-Əvivin xoşməramlı jesti kimi dəyərləndirilir. İkitərəfli danışıqların növbəti raundunun sentyabrın sonunda Romada keçirilməsi planlaşdırılıb. Daha əvvəl bildirilmişdi ki, Livan və İsrail livanlı məhbusların müqabilində livanlıların və israilli yəhudilərin meyitlərinin geri qaytarılması məsələsi üzrə ayrıca danışıqlar aparır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью