İsrail 55 milyon dollar dəyərində qabaqcıl vertolyot müdafiə sistemləri alır

20.05.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Nazirliyi müdafiə şirkəti "Elbit Systems" ilə helikopterlər üçün qabaqcıl müdafiə sistemlərinin alınması üçün 55 milyon dollarlıq müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.

Bildirilib ki, razılaşma ilə İsrail döyüş helikopterləri təhlükələri aşkar etmək, onları zərərsizləşdirmək və idarə olunan raketləri yönləndirmək texnologiyasına sahib olacaq.

"Elbit Systems" ilə İsrail Müdafiə Nazirliyi arasında 55 milyon dollarlıq müqavilənin üç il davam edəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью