İsrail 9 fələstinli azadlığa buraxıb

27.01.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

İsrail ordusu Qəzzada saxladığı daha doqquz fələstinli məhbusu azadlığa buraxıb.

Reyting.az xəbər verir ki, azadlığa buraxılan fələstinlilərin uzunmüddətli həbs, pis rəftar səbəbindən yorğun olduqları və sağlamlıq yoxlamalarının davam etdiyi bildirilir.

Məhbuslar Kerem Əbu Salim (Kerem Şalom) sərhəd-keçid məntəqəsindən yola salınıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) koordinasiyası altında Qəzzanın mərkəzindəki Deyr əl-Bələhə gətirilən fələstinlilər oradakı Əl-Əqsa Şəhidləri Xəstəxanasına köçürülüblər.

Xatırladaq ki, dünən İsrail ordusu Qəzza şəhərinin şərqindəki qəbiristanlıqda bir israilli məhbusun cəsədinin tapıldığını və onun şəxsiyyətinin testlər vasitəsilə təsdiqləndiyini açıqlayıb.

Qeyd edək ki, 10 oktyabr 2025-ci ildə İsrail ilə əldə edilən atəşkəs razılaşmasına uyğun olaraq, HƏMAS Qəzzada 20 sağ olan israilli məhbusu, eləcə də ölən 28 məhbusdan 27-sinin cəsədini təhvil verib.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью