İsrail ABŞ dan İranla bağlı memorandumu istədi rədd cavabı aldı

17.06.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İsrail ABŞ-dan Vaşinqton və Tehran arasında hazırlanmış qarşılıqlı anlaşma memorandumunun müddəaları ilə bağlı izahat istəyib, lakin bu tələb rədd edilib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Channel 12 telekanalı yüksək vəzifəli israilli rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulan sazişin bütün detalları ilə hələ tanış deyil. Xüsusilə, İranın nüvə proqramının və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi ilə bağlı müddəalar barədə tam məlumatın olmadığı bildirilir.

Mənbələr həmçinin qeyd ediblər ki, memorandumda nəzərdə tutulduğu iddia edilən İsrail qoşunlarının Livandan çıxarılmasına Tel-Əviv etiraz edir.

İsrailin i24 News kanalının diplomatik müxbiri Amixay Stein X sosial şəbəkəsində yazıb:

“İsrail İran-ABŞ qarşılıqlı anlaşma memorandumu ilə tanış olmaq istəyib. Ağ Ev Administrasiyası isə imtina cavabı verib”.

İyunun 14-də İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İsrail qoşunları Livandakı təhlükəsizlik zonasında qalmağa davam edəcək. O əlavə edib ki, əgər İran Livandakı hadisələrə görə İsrailə hücum etsə, kəskin şəkildə cavab veriləcək.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, sazişin məzmununun nə olacağı hələ ona məlum deyil. O həmçinin vurğulayıb ki, İsrail qoşunları Livanın cənubundakı bufer zonasında “nə qədər lazım olsa, o qədər qalacaq”.

Məlumata görə, memorandum iyunun 19-da imzalandıqdan sonraİIran və ABŞ yekun sazişin hazırlanması məqsədilə 60 gün ərzində əlavə danışıqlar aparacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью