İsrail ABŞ dan təcili “Apaçi”lər alır

14.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

İsrail hökuməti ABŞ istehsalı olan 12 ədəd “Apaçi” zərbə helikopterinin təcili satın alınması üçün təxminən 300 milyon dollar vəsait ayrılmasını təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Məlumata görə, satınalmanın maliyyələşdirilməsi İsrailin fələstinli vətəndaşlarının yaşadığı ərazilər üçün nəzərdə tutulan beşillik investisiya proqramının ixtisarı hesabına planlaşdırılır.

Qeyd olunub ki, ABŞ yanvar ayında İsrailə “Apaçi” zərbə helikopterlərinin mümkün satışını təsdiqləyib. Lakin son həftələrdə büdcə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı İsrailin müdafiə və maliyyə nazirlikləri arasında yaranan ciddi fikir ayrılıqları sövdələşmənin həyata keçirilməsini çətinləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью