İsrail ABŞ dən “kompensasiya” istəyəcək

18.09.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ABŞ-nin Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına hazırlaşması fonunda Vaşinqtondan əlavə müdafiə imkanları tələb etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, İsrailin “Walla” portalının məlumatına görə, ABŞ İsrail tərəfini Səudiyyə Ərəbistanına təxminən 25 milyard dollarlıq F-35 satışı planı barədə məlumatlandırıb. ABŞ Dövlət Departamentinin təsdiqlədiyi mümkün satış paketinin dəyəri 24,3 milyard dollar, nəzərdə tutulan təyyarələrin sayı isə 48-dir. Razılaşmanın qüvvəyə minməsi üçün Konqres prosedurları da tamamlanmalıdır.

İsrail rəsmilərinin sözlərinə görə, Təl-Əviv regionda “keyfiyyətli hərbi üstünlüyünü” qorumaq məqsədilə ABŞ-dən müəyyən “kompensasiya” tələb etmək niyyətindədir.

İsrailin istəkləri arasında indiyədək ona təqdim edilməyən qabaqcıl müdafiə sistemlərinə çıxış, məxfi hərbi layihələrin hazırlanmasında iştirak, “Arrow-4” və “Arrow-5” raketdən müdafiə sistemləri üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də kosmos əsaslı müdafiə imkanları yer ala bilər.

“Walla”ya danışan mənbə bildirib ki, İsrail ordusu Yaxın Şərqdə başqa ölkələrin F-35 əldə etməməsini üstün tutardı. Bununla belə, Səudiyyə Ərəbistanına təyyarələrin ilk tədarükünün mümkün razılaşmadan sonra bir neçə il çəkəcəyi qeyd olunur.

İsrail tərəfi həmçinin hesab edir ki, ölkənin F-35-lərlə bağlı əməliyyat təcrübəsi və İsrail istehsalı sistemlərin təyyarələrə inteqrasiyası ona regionda üstünlük verir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью