İsrail ABŞ ı daha bir müharibəyə cəlb etmək istəyir Əraqçi

25.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İsrail İranın əczaçılıq müəssisələrində kimyəvi və bioloji silahların istehsal edilməsi və gizlədilməsi barədə iddialarla ABŞ-ı yeni müharibəyə cəlb etmək istəyir.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü olduğunu, həmçinin vaxtilə Səddam Hüseyn rejiminin kimyəvi silah hücumlarının qurbanına çevrildiyini xatırladıb.

“Belə həyasız bir iddianın irəli sürülməsində məqsəd aydındır: ABŞ-ı İsrailin maraqları naminə daha bir müharibəyə cəlb etmək üçün aldatmaq və eyni zamanda, iranlı xəstələri təhlükə qarşısında qoymaq”, – deyə Əraqçi bildirib.

İran XİN rəhbəri İsrailin nüvə, kimyəvi və bioloji silahları qadağan edən beynəlxalq konvensiyalara qoşulmaqdan imtina etdiyini də vurğulayıb.

“Bu rejimin yüzlərlə nüvə başlığı var, regionun yeddi ölkəsinə hücum edib və üç ölkənin ərazilərinin bir hissəsini işğal edib. Təkcə son bir il ərzində İsrail ABŞ-ı iki dəfə İrana qarşı uğursuz müharibəyə cəlb edib”, – deyə nazir əlavə edib. /APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью