İsrail ABŞ İran anlaşmasını poza bilər Deputat

17.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Məlum olduğu kimi, iyunun 19-da ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması gözlənilir. İndiyədək ABŞ və İran arasında dəfələrlə müəyyən razılaşmalar əldə olunub. Ancaq razılaşmaların əldə edilməsinə bir addım qalmış İsrail tərəfi Livana, Qəzzaya və Suriyaya hücumlar edib. Hazırkı vəziyyətdə isə İsrailin yenidən Livana hücum etməklə bu razılaşmanı poza biləcəyi ehtimal olunur. Çünki Livan məsələsi İranın tələbləri sırasındadır. İran bildirir ki, ABŞ ilə əldə ediləcək razılaşma Livanı da əhatə etməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi.

Onun sözlərinə görə, İsrail tərəfi artıq rəsmi səviyyədə bəyan edib ki, ABŞ və İran arasında əldə olunacaq razılaşmanın şərtlərini yerinə yetirmək öhdəliyində deyil:

"İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir, maliyyə naziri Bezalel Smotriç və digər hökumət rəsmiləri bildiriblər ki, İsrailin bu razılaşmaya uyğun hərəkət etmək kimi bir öhdəliyi yoxdur. Gedişat bir daha göstərir ki, İsrail bu razılaşmadan məmnun deyil və istənilən hadisə həmin razılaşmanın pozulmasına səbəb ola bilər".

Deputat hesab edir ki, iyunun 19-dək, yəni razılaşma imzalanana qədər İsrailin Livana qarşı hücumlarının şahidi ola bilərik:

"Hətta razılaşma imzalandıqdan sonra belə, anlaşma memorandumunun sonrakı günlərdə pozulması mümkündür. Təbii ki, bu halda memorandumun müddəalarının icrası dayandırıla bilər və bu, İranın cavab reaksiyası verməsinə səbəb ola bilər. Nəticədə isə atəşkəs də pozulmuş olar.

İyunun 19-dək təxribatların şahidi ola bilərik. Böyük ehtimalla, belə təxribatlar baş verəcək. Baş verməsə belə, iyunun 19-da anlaşma memorandumu imzalandıqdan sonra onun uzunömürlü olacağına inanmıram. Hesab edirəm ki, gələcəkdə İsrailin yenidən hücumlarının şahidi ola bilərik".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью