İsrail ABŞ münasibətlərində yeni mərhələ: Seçkilər təsir etdi

04.11.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail mətbuatında dərc olunan analitik məqalədə ABŞ-da Prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının Konqresdəki çoxluğunu itirməsinin Vaşinqtonun İran siyasətindən tutmuş ABŞ-İsrail münasibətlərinə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilib.

Turkustan.az xəbər verir ki, “The Jerusalem Post” qəzetində dərc olunan “ABŞ-da Demokratik sunami: Respublikaçıların məğlubiyyətindən sonra İsrailin üzləşdiyi üç əsas çətinlik” adlı məqalədə seçkilərin nəticələrinin İsrail üçün mümkün təsirləri təhlil olunub.

Məqalədə qeyd edilir ki, Respublikaçıların məğlubiyyəti Demokrat Partiyasının İsrail və İranla bağlı siyasətə təsir imkanlarını artıra, həmçinin ABŞ-İsrail münasibətlərinin yenidən formalaşmasına səbəb ola bilər.

Bildirilir ki, bu nəticələr Təl-Əvivlə Vaşinqton arasında strateji münasibətlərdə genişmiqyaslı dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf edir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью