İsrail ABŞ ni dəstəkləyir

03.01.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

İsrail ABŞ-ın Venesueladakı hərbi əməliyyatını dəstəkləyir.

Modern.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

"İsrail azad dünyanın lideri kimi çıxış edən Prezident (Donald) Trampın rəhbərlik etdiyi ABŞ əməliyyatını təqdir edir. Bu tarixi anda İsrail Maduronun qanunsuz zülmündən əziyyət çəkən azadlığı sevən Venesuela xalqının yanındadır", - o qeyd edib.

Nazir bildirib ki, İsrail Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını alqışlayır və Venesuelada "demokratiyanın qayıdışına" və iki ölkə arasında dostluq münasibətlərinin qurulmasına ümid edir.

Xatırladaq ki, bu gün ABŞ Venesuelanın paytaxtı Karakasa kütləvi hava hücumları həyata keçirib. ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq ölkədən çıxarıldığını elan edib. ABŞ Venesuela prezidentini narkoterrorizm törətmək üçün sui-qəsddə, kokain idxalında və silah və partlayıcı qurğular saxlamaqda ittiham edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью