İsrail ABŞın Boeing şirkəti ilə müqavilə imzalayıb

08.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail Müdafiə Nazirliyi ABŞ-ın Boeing şirkəti ilə 5,2 milyard dollar dəyərində 25 ədəd qabaqcıl F-15 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalandığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  yeni alınan F-15 döyüş təyyarələrinin İsrailin mövcud silahları ilə inteqrasiya olunmuş qabaqcıl silah sistemləri ilə təchiz ediləcəyi, menzil və yük daşıma qabiliyyətinin artırılacağı bildirilib.

Yeni F-15 döyüş təyyarələrinin tədarükünün 2031-ci ildə başlayacağı qeyd edilərkən, ildə 4-6 təyyarənin təhvil veriləcəyi bildirilib.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью