Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı İsraili Suriyadakı druz azlığından ölkəyə müdaxilə üçün bəhanə kimi istifadə etməkdə ittiham edib.
Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Suriyanın quldurluqla məşğul olduğunu deyib:
"Bunu bir daha açıq şəkildə bildirmək istəyirəm: İsrail qanunsuz, itaətsiz, prinsipsiz, korlanmış və acgöz terror dövlətidir. İndiki mərhələdə bölgəmizin ən böyük problemi İsrailin təcavüzüdür... Bu canavarın qarşısı dərhal alınmasa, bölgəmizi, sonra isə dünyanı yandırmaqdan çəkinməyəcək”, - deyə Ərdoğan vurğulayıb.
Elcan
Missiya.Az