Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
İsrailin Veysman İnstitutunun alimləri Yupiter planetinin ölçüsünü, həmçinin formasını yeni texnologiya və NASA-nın Juno kosmik aparatının məlumatları əsasında yenidən müəyyən ediblər.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, yeni nəticələr Yupiterin əvvəlki hesablamalardan bir qədər kiçik (ekvatorial diametrinin təxminən 8 kilometr az, qütblərinin isə 24 kilometr daha yastı) olduğunu göstərib.
Bu yeni ölçülər Yupiterin daxili quruluşunu, atmosferini daha dəqiq öyrənməyə imkan verir və qaz nəhənglərinin necə yaranmasını, eləcə də günəş sisteminin formalaşmasını anlamağa kömək edir.