İsrail Allenbi keçid məntəqəsini bağlayacaq

23.09.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İsrail İordaniya ilə sərhəddə yerləşən, fələstinlilərin və Fələstin administrasiyası rəhbərliyinin Qərb sahilinin hüdudlarından kənara çıxa bildiyi "Allenbi" keçid məntəqəsinin tamamilə bağlanmasını təsdiqləyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib.

"Siyasi rəhbərliyin qərarı ilə sabah səhər saatlarından etibarən "Allenbi" keçidi sərnişinlərin və yüklərin hərəkəti üçün bağlanacaq. Məhdudiyyət xüsusi göstərişə qədər qüvvədə olacaq", - o yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью