İsrail anons etdiyi zərbəni endirdi: onlar da öldürüldü

02.01.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

HƏMAS-ın Qəzza zolağındakı polis komandiri Mahmud Salah da daxil olmaqla iki rəsmisi öldürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə  “Palestine Info” nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin Xan Yunis şəhərinin al-Mavasi bölgəsində həyata keçirdiyi abiazərbə zamanı HƏMAS rəsmisi, vəzifəsi briqada generalına bərabər olan Hüsam Şahvan da öldürülüb.

Bundan əvvəl Fələstin mənbələri hava hücumu nəticəsində 7 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını bildirmişdi.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrael Katz HƏMAS-ı hədələyib, böyük hücum olacağını elan etmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью