İsrail “Arrow 3” lərin istehsalını artırır KONKRET

25.12.2024

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İsrail Müdafiə Nazirliyi “Arrow 3” raketinin istehsalını genişləndirmək üçün “Israel Aerospace Industries” şirkəti ilə  müqavilə imzalayıb.

KONKRET.az “Times of Israel”ə istinadən xəbər verir ki, uzaqmənzilli raket sistemi tədarükü son günlər yəmənli husilərin İsrailə ballistik raket zərbələri endirməsi ilə bağlıdır. “Arrow 3” sistemi atmosferdən kənarda ballistik raketləri vurmaq üçün nəzərdə tutulub və husilərin hücumlarına, eləcə də aprel və oktyabr aylarında İranın İsrailə birbaşa hücumlarına qarşı dəfələrlə istifadə olunub. Müqavilənin şərtlərinə görə, “Israel Aerospace Industries” orduya əhəmiyyətli sayda “Arrow 3” verəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью