İsrail atəşkəs pozulacağı təqdirdə HAMAS a qarşı hərtərəfli plan hazırlayır

16.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin müdafiə naziri İsrael Katz Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli generallarla görüş keçirib.

APA xəbər verir ki, Katz hərbçilərə HAMAS-ın atəşkəs planından əl çəkəcəyi və hücumlara yenidən başlayacağı təqdirdə hərəkatı tamamilə məğlub etmək üçün plan hazırlamağı tapşırıb.

ABŞ Prezidenti Donald Trampın Qəzza planının Qəzzanın tərksilahını ehtiva etdiyini deyən Katz İsrailin də Qəzzada tunelləri məhv etmək üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvə ilə birlikdə hərəkət edəcəyini deyib.

O bildirib ki, HAMAS razılaşmanı yerinə yetirməkdən imtina edərsə, İsrail ABŞ-ın koordinasiyası ilə hücumları bərpa edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью