Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Qəzza zolağında atəşkəs sazişinin birinci mərhələsinin şərtlərinə əməl etməyib və yeni işğal olunmuş Fələstin ərazilərinin 60 faizində hərbi mövcudluğunu qoruyub.
Reyting.az bunu Fələstinin media naziri Əhməd Əsəf “RİA Novosti” agentliyinə bildirib.
Nazirin sözlərinə görə, İsrail ordusu 7 oktyabr 2023-cü ildən sonra zolağın ərazisinin 60 faizdən çoxuna birbaşa nəzarət edəcək ki, bu da qanunsuzdur.
Ə. Əsəf xatırladıb ki, razılaşmanın bir hissəsinə işğal olunmuş bütün Qəzza ərazilərindən İsrail qoşunlarının çıxarılması, Rəfah keçid məntəqəsinin açılması, kifayət qədər yardımın çatdırılmasının təmin edilməsi daxildir. "Bütün bunlar birinci mərhələnin bir hissəsi idi və təəssüf ki, İsrail bu şərtləri yerinə yetirmədi", - deyə nazir vurğulayıb.
V. QULİYEV