İsrail atəşkəsdən sonra 900 “Hizbullah” döyüşçüsünü öldürdüyünü iddia edir

01.06.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İsrail Müdafiə Qüvvələri (İDF) aprelin 16-da atəşkəs rejiminin qüvvəyə minməsindən bəri təxminən 900 “Hizbullah” döyüşçüsünün öldürüldüyünü bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İDF rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ordunun Bofort silsiləsi ərazisində irəliləməsi ilə yanaşı, bu gün Tir bölgəsində və Livanın cənubunun digər hissələrində silah anbarları, əməliyyat komandanlıq məntəqələri və “Hizbullah”ın digər infrastruktur obyektləri vurulub”, - İDF bildirib.
İDF həmçinin bidirib ki, zərbələr hərəkatın hərbi infrastrukturlarını və komandanlıq strukturlarını hədəf alıb.
Digər tərəfdən, Livanın Səhiyyə Nazirliyi İsrail və “Hizbullah” arasında 2 mart 2026-cı ildə başlayan münaqişədən bəri 3412 nəfərin öldüyünü, 10269 nəfərin yaralandığını qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью