İsrail atəşkəsə baxmayaraq 3 fələstinlini öldürüb

14.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Qəzza zolağında atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, İsrail ordusunun evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində 3 nəfər həlak olub.

Missiya.Az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Bildirilib ki, İsrail əsgərləri Qəzza şəhərinin şimalında yerləşən Əl-Şücayyə məhəlləsində evlərini yoxlamağa gedən mülki şəxslərə pilotsuz uçuş aparatları vasitəsilə atəş açıblar. Nəticədə 3 fələstinli həyatını itirib.

Hesabatda həmçinin qeyd olunub ki, İsrailin daha əvvəlki hücumları zamanı yaralanan 2 nəfər də sonradan vəfat edib.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə aparılan vasitəçilik danışıqları çərçivəsində İsrail və HƏMAS arasında atəşkəs planının birinci mərhələsinin razılaşdırıldığını açıqlayıb. Razılaşma oktyabrın 10-da İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minib.

Atəşkəs razılaşmasına əsasən, İsrail ordusunun “sarı xətt”dən geri çəkilməsi nəzərdə tutulub. Sazişə uyğun olaraq atəşkəs həmin gün yerli vaxtla saat 12:00-da qüvvəyə minib.

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью