İsrail atəşkəsə baxmayaraq Livanı vurdu

28.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail ordusu atəşkəs və çərçivə sazişinə baxmayaraq Livanın cənubuna hava və artilleriya zərbələri endirib.

Turkustan.az xəbər verir ki, hücumların ölkənin cənubundakı bir sıra əraziləri hədəf aldığı bildirilir.

İsrailə məxsus hərbi təyyarə Nəbatiyyə əyalətinin cənubunda, Mifedun və Şərqi Zavtar şəhərləri arasındakı ərazini bombalayıb.

İsrail artilleriyası səhər saatlarında Zibkin şəhəri ətrafındakı əraziləri, həmçinin Yatir yaxınlığındakı vadiləri atəşə tutub.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Seluki vadisi də gecə saatlarında İsrail artilleriyasının hədəfi olub.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью