İsrail: Atəşkəsin birinci mərhələsini uzatmağa hazırıq

27.02.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsini uzatmağa hazır olduqlarını açıqlayıb və daha çox məhbusun azad edilməsini tələb edib.

Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasının məlumatına görə, Saar Qərbi Qüdsdə Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə mətbuat konfransı keçirib.

Saar mətbuat konfransında Qəzzada atəşkəs razılaşmasına işarə edərək, daha çox israilli məhbusun sərbəst buraxılması müqabilində razılaşmanın birinci mərhələsinin müddətini uzatmağa hazır olduqlarını bildirib.

O, bu gün Misirin paytaxtı Qahirəyə gedəcək İsrail danışıqlar qrupu geri qayıtdıqdan sonra bu məsələni ətraflı müzakirə etməyin daha yaxşı olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью