525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail aviaşirkətləri oktyabrın 2-dən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təxliyə reysləri həyata keçirməyə başlayacaq.
525.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Qeyd olunub ki, İsrail Nəqliyyat Nazirliyi təhlükəsizlik məsələləri ilə bağlı razılaşdırmalar başa çatdıqdan sonra müvafiq icazəni verib.
Bundan əlavə, Abu-Dabidən İsrailə “Etihad Airways” aviaşirkətinin reyslərinin sayının artırılması ilə bağlı təcili müraciət də göndərilib.
Daha əvvəl “Ynet” İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin nümayəndələrinin İsrail aviaşirkətlərinin BƏƏ-dən təxliyə reyslərinin hazırlanması üçün oktyabrın 1-də Dubaya gedəcəyini yazıb.
Məlumata görə, ölkənin aviaşirkətləri Ben-Qurion hava limanından BƏƏ-yə boş təyyarələr göndərəcək. Əks istiqamətdə isə aviadaşıyıcılar biletlərin qiymətini özləri müəyyənləşdirəcək və sərnişinlər uçuş xərcini şəxsən ödəyəcəklər. Boş təyyarələrin Dubaya uçuş xərclərini İsrail Dövləti qarşılayacaq.
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” sərnişin təyyarəsi qaçırılma siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına eniş edib. İsrailin müdafiə naziri İsrael Katz insidenti terror aktına cəhd kimi qiymətləndirib.
Pərvanə Sultanova