İsrail aviasiyası Tartusu vurdu

16.12.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Hərbi Hava Qüvvələri bazar ertəsi gecə saatlarında Suriyanın Latakiya və Tartus əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbələrə istinadən məlumat yayıb.

“İsrail hərbi təyyarələri Suriyanın qərbindəki Latakiya və Tartus əyalətlərindəki hərbi hədəflərə raket zərbələri endirib. Tartus və Latakiya əyalətlərində güclü partlayış səsləri eşidilib”, - mənbə bildirib.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri Həma və Xüms əyalətlərindəki hərbi hədəflərə də hücum edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью