Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rəsmi Təl-Əviv Britaniya və digər Avropa rəsmilərini ABŞ-ın rəhbərlik etdiyi müharibədən sonrakı Qəzza koordinasiya mərkəzindən çıxarmağı düşünür. “Financial times” qəzetinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu addım Benyamin Netanyahunun Fələstin ərazilərindəki siyasətinə qarşı tənqidlərə cavab ola bilər. Sözügedən qurum İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etmək üçün yaradılmış çoxmillətli təşkilat olan Beynəlxalq Qəzza Dəstək Mərkəzidir (IGSC). FT mənbələrinə görə, İsrail hakimiyyəti, İtaliya və Almaniyadan olan nümayəndələri də çıxarmağı düşünür.
XQ