İsrail azarkeşlərinə müraciət etdi: Bu oyuna getməyin

11.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlarına Fransa ilə Millətlər Liqası oyununa gəlməməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, buna səbəb Avropa Liqasının “Ayaks”la oyunundan (0:5) sonra Amsterdamda “Makkabi” azarkeşlərinə hücumlar olub.

Məlumata görə, Brüssel, Paris və Amsterdamda, həmçinin Böyük Britaniyanın iri şəhərlərində israillilər üçün potensial təhlükələr müəyyən edilib.

Fransa – İsrail matçı noyabrın 14-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью