“İsrail Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir” Ceyhun Bayramov

26.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.

"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.

O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью