İsrail Azərbaycana qarşı 907 ci maddənin ləğvi ilə bağlı hərəkətə keçdi

11.03.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

ABŞ-nin 50-dən çox ravvinləri İbrahim Paktını genişləndirmək və türk dövlətlərini (ilk növbədə Azərbaycan, Qazaxıstan və Özbəkistan) əhatə etmək üçün ABŞ prezidenti Donald Trampa müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ikinci ərizə Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyinə aiddir. 

Qeyd olunur ki, ABŞ-də olan digər yəhudi təşkilatları, o cümlədən ultra-pravoslav təşkilatlar da amerikalı liderə bu maddənin ləğvi ilə bağlı müraciət edəcəklər.

İbrahim Paktı İsrail və ərəb ölkələri arasında 2020-2021-ci illərdə imzalanmış münasibətləri tənzimləyən bir sıra müqavilələrdir.

ABŞ-nin vasitəçiliyi ilə 13 avqust 2020-ci il tarixli normallaşma elanında yalnız İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasındakı razılaşmaya istinad edilib. 

Lakin artıq həmin il sentyabrın 11-də İsrail və Bəhreyn arasında saziş elan olundu və 15 sentyabr 2020-ci ildə ABŞ-də Ağ Evdə rəsmi imzalanma mərasimi keçirildi, bundan sonra BƏƏ və Bəhreyn İsrailin suverenliyini tanıdı və tam diplomatik münasibətlər qurdu.

2020-ci ilin dekabrında Mərakeş İbrahim Paktına qoşuldu və 2021-ci ilin yanvarında Sudan İsraillə münasibətləri normallaşdıran altıncı ərəb dövləti (İordaniya və Misir də daxil olmaqla) oldu.

1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi yardım göstərmək üçün qəbul edilmiş Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul etdi. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermirdi.

2001-ci ilin 11 sentyabrından sonra Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac olduğu üçün müvəqqəti olaraq bu düzəlişdən imtina etdi.

Lakin 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı ilə Qarabağı separatçı rejimdən təmizlədikdən sonra, ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen düzəlişin dayandırılmasını uzatmamaq niyyətini açıqlamışdı.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью