İsrail Baş nazirinin ofisi HAMASın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib YENİLƏNİB

15.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.
APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
“Məlumatların əksinə olaraq, HAMAS hələ də razılaşmaya öz cavabını verməyib”, - Baş nazirin ofisi qeyd edib

17:30

HAMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.
APA xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.
“HAMAS razılaşmanı davam etdirmək üçün "yaşıl işıq" yandırıb”, - məlumatda qeyd edilib.
Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью