İsrail BCM in Netanyahunun həbsinə dair orderi ləğv etməsini istəyir

18.11.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İsrail Beynəlxalq Cinayət Məhkəməsindən (BMC) prokuror Kərim Xanın İsraillə bağlı proseslərdən kənarlaşdırılmasını və İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderlərin ləğv edilməsini xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Beynəlxalq Cinayət Məhkəməsinin Apellyasiya Palatası qarşısında prokuror Kərim Xanın İsraillə bağlı proseslərdə iştirakdan məhrum edilməsi üçün vəsatət qaldırıb. Bundan əlavə, İsrail məhkəmədən prokurorun Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalanta qarşı çıxardığı əsassız həbs qərarlarını ləğv etməyi xahiş edib”, - İsrail XİN bildirib.
Nazirlik əlavə edib ki, Xanın İsrailə qarşı hərəkətləri ictimaiyyətin diqqətini prokurora qarşı irəli sürülən ittihamlardan yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, bir il əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Fələstinin HƏMAS hərəkatının üç liderinin, həmçinin, İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini xahiş edib. Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrın 21-də İsrailin Baş naziri və keçmiş müdafiə nazirinin həbsinə order verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью