“İsrail Beyrut hücumundan əvvəl ABŞ ni xəbərdar edib” − “Axios”

14.06.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İsrail ordusu Livan paytaxtına zərbə endirməzdən qısa müddət əvvəl ABŞ ordusuna əməliyyat barədə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
“İsrail və ABŞ rəsmilərinin sözlərinə görə, İsrail ordusu Beyruta zərbə endirməzdən qısa müddət əvvəl ABŞ Mərkəzi Komandanlığını məlumatlandırıb”, - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Beyrutun ətrafındakı Dahiya şəhərindəki “Hizbullah” komandanlıq mərkəzinə zərbə endirdiklərini açıqlayıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью