İsrail Beyrutu bombalayıb: Hizbullah komandiri ölüb

24.11.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu barədə "The Times of Israel" xəbər saytı İsrail Ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki, aviazərbə nəticəsində Livanın iranyönümlü "Hizbullah" terror təşkilatının qərargah rəisi vəzifəsinin icraçısı Əli Təbatəbayi öldürülüb. Təşkilat özü də onun ölümünü təsdiqləyib.
Hadisə haqqında Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, çoxmərtəbəli binaya tuşlanan aviazərbə nəticəsində ümumilikdə 5 nəfər ölüb, 28 nəfər yaralanıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri Beyrut şəhərini axırıncı dəfə yay aylarında bombalamışdı. "Hizbullah"ın sözçüsü Mahmud Qimatinin sözlərinə görə, bu hücum İsrailin "qırmızı xətti keçməsi" deməkdir.
"Hücuma cavab verilib-verilməyəcəyinə rəhbərlik qərar verəcək", – o vurğulayıb.
Bildirək ki, Əli Təbatəbayi ABŞ tərəfindən "Hizbullah"ın "əsas lideri" sayılır. Vaşinqton bu şəxsə qarşı 2016-cı ildə sanksiyalar irəli sürüb.
Firudin Həmidli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью