İsrail bəzi səfirliklərini bağlayır

13.06.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İrana zərbə endirilməsi fonunda bəzi İsrail səfirlikləri bağlanacaq". 

"Unikal" xəbər verir ki, bu  barədə "Ynet"  nəşri məlumat yayıb. 

"Bəzi səfirliklər, xüsusən də təhlükəsizlik baxımından həssas ərazilərdə yerləşən səfirliklər bu gündən ən azı bazar ertəsi gününə qədər bağlı qalacaq", - KİV-də qeyd olunub. 

Nəşrin məlumatına görə, hazırda bütün İsrail səfirlikləri maksimum hazırlıq vəziyyətindədir. Ev sahibi ölkələrin təhlükəsizlik qüvvələri mümkün nümayişlər və etirazlarla bağlı narahatlıqlar səbəbindən diplomatik nümayəndəliklər üçün təhlükəsizlik tədbirlərinin artırılmasını xahiş ediblər.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью