Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Atəşkəs müvəqqəti tədbirdir. İsrail bir az toparlansın, Amerika ona silah versin, bundan sonra yalan və böhtanla İrana qarşı növbəti əməliyyata başlayacaqlar".
Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə İsrail və İran arasında əldə edilən atəşləsdən danışarkən bildirdi.
"İstəyirlər ki, siyasi üsul-idarəni dəyişsinlər, İranın başına itaətkar, Qərbin və Amerikanın diqtəsi ilə hərəkət edən rəhbərlik gətirsinlər. Beləliklə, Fələstin ərəbləri tamamilə köməksiz qalsınlar. Özləri elan ediblər ki, ərəbləri Fələstindən köçürəcəklər. O torpağı yəhudilər üçün “təmizləyəcəklər”. Onların əsas məqsədləri bunlardır", - deyə politoloq vurğuladı.
Aytəkin TOFİQQIZI