İsrail bir neçə HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqlayıb

05.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İsrail ordusunun Qəzza zolağının Xan Yunis şəhərinin humanitar zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS hərəkatının bir neçə yüksəkrütbəli komandiri öldürülüb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunur ki, HƏMAS hərəkatı humanitar zonadan İsrail hərbçilərinə qarşı hücum fəaliyyətləri üçün istifadə etməkdə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью