İsrail: Bir neçə Hizbullah döyüşçüsü öldürülüb

18.04.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bu səhər bir neçə Livanın “Hizbullah” döyüşçüsünün "atəşkəsi pozduqları" və cənubunda yerləşən qoşunlar üçün təhlükə yaratdıqlarına görə öldürüldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"Təhdidi aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri zərbələr endirərək "terrorçuları” məhv edib", - SAXAL açıqlamasında qeyd edib.
"Sarı xətt" kimi də tanınan "ön müdafiə xəttinin" cənubunda baş verən ayrı bir hadisədə İsrail ordusu hərəkat üzvlərinin tunelə sızmaq cəhdini aşkar etdikdən sonra “Hizbullah” üzvlərinin tunelinə zərbə endirdiyini bildirib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью