İsrail BMT dən çıxarıla bilər

03.05.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) Tunis adından çıxış edən Xarici İşlər Nazirliyinin rəsmisi Hanin Ben İsrailə qarşı iddialar irəli sürüb.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, o, İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsindən irəli gələn öhdəliklərini pozduğunu və BMT Nizamnaməsinin məqsədlərinə zidd hərəkət etdiyini vurğulayıb.

"İşğalçı dövlətin 2007-ci ildən bəri Qəzza zolağına tətbiq etdiyi uzunmüddətli blokada o deməkdir ki, Qəzza əhalisinin yarısı artıq ərzaq təminatından məhrumdur və işğalçı hakimiyyət humanitar yardımın qarşısının alınmasından bilə-bilə müharibə silahı kimi istifadə edib. İşğalçı tərəfin bir sıra açıq-aydın bəyanatları göstərir ki, onlar siyasi məqsədlərinə çatmaq üçün insani yardım və silah saxlamaq niyyətindədir”.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью