İsrail BMT nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır

29.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail hakimiyyəti BMT-nin Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Qüdsdəki bütün ofislərini yaxın 48 saat ərzində bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqəni kəsəcək və ölkə ərazisində fəaliyyətini qadağan edəcək.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib.

Menserin sözlərinə görə, UNRWA İsrailin milli təhlükəsizliyinə təhdid yaradır və agentliyin tərkibində HƏMAS-la əlaqəli şəxslər fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью