İsrail Britaniya diplomatlarına 7 gün vaxt verdi

09.09.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail Ramallahda fəaliyyət göstərən britaniyalı diplomatlara ölkəni tərk etmək üçün 7 gün vaxt verib.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdə yerləşən Britaniya konsulluğunun bağlanmasına qərar verib.

Konsulluğun 30 gün ərzində fəaliyyətini dayandırması tələb olunub.

Həmçinin Ramallahda çalışan britaniyalı diplomatların və İsrailin cənubundakı Kiryat Qat şəhərində yerləşən Qəzza Koordinasiya Mərkəzindəki Britaniya nümayəndələrinin 7 gün ərzində ölkəni tərk etmələri istənilib.

Qərarın Britaniyanın İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə məhdudiyyət qoymasından sonra qəbul edildiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью