İsrail bu ərazidə təhlükəsizlik zonası yaradır Gendelman

09.12.2024

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İsrail Qolan təpələrində Hermon dağ silsiləsinin Suriya tərəfində demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır.

Axar.az xəbər verir ki, bunu İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman deyib.

“İsrail Hermon dağı və ətraf ərazilərdə demarkasiya zonası, digər strateji nöqtələr üzərində nəzarəti genişləndirməkdə davam edir. Təhdidləri neytrallaşdırmaq, yerli dost və digər icmalarla əlaqə yaratmaq üçün İsrail demarkasiya zonasından kənarda əlavə təhlükəsizlik zonası yaradır”, - Gendelman bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью