İsrail bu səbəbdən Suriyaya zərbələr endirdi

30.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

İsrail hərbi hava qüvvələri noyabrın 30-u səhər saatlarında Suriyaya hava zərbələri endirib. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

İDF-nin məlumatına görə, zərbələrin hədəfi Livanın şiə təşkilatı Hizbullah tərəfindən Suriya ərazisindən Livana qaçaqmalçılıq yolu ilə silah keçirmək üçün fəal şəkildə istifadə edilən hərbi infrastruktur olub. Bunlar Suriya və Livan arasındakı sərhəd keçidlərinin yaxınlığında yerləşən obyektlərdir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью